Güney Azərbaycan Urmu gölü üçün ayaqlandı

10361063_312439092246851_7601533679092348267_n

Oyannews: Bugün Təbrizdə və Urmuda azerbaynlılar Urmu gölünün qurudulmasına qarşı etirazlarını bildirmək üçün küçələrə çıxdılar.

Dövletin Urmu gölünün qurumasına qarşı susqun qalmasına öz etirazlarını bildirdilər.

Təbrizin Abresan meydanından başlayan aksiyada xeyli sayda insan iştirak edib.

Aksiya iştirakçiları Həsən Ruhaninin Urmu gölü siyasətinə qarşı öz etirazlarını bildirərək, “ Gəlin gedək ağlıyaq, Urmu gölünü dolduraq” kimi şüar veriblər.

Verilən bilgilərə görə, polis aksiya iştirakçılarına hücum edib və ən azı14  insan döyülərək tutuqlanıb.

Tutuqlananların hazırda Təbrizin ETTEALAAT polisində saxlanıldığı söylənilir.

Hələlik onlardan bir neçəsinin  adını müəyyənləşdirmək mümkün olub.

Adları bilinən tutuqlananlar Əkbər Əbulzada və Nima Abbaspur, Arman Zakiridi və Mir Yasin Hüseynini.

Urmuda isə aksiya şəhərin İmam xiyavanında başlayıb.

Aksiya iştirakçıları  “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa utuzdu.”, “Urmu gölü səslənir, susuzam haray,haray” kimi şüarlar veriblər.

Təbrizdə olduğu kimi Urmuda da polis aksiyaçılara hücum edib.

Tutuqlananlardan yalnız Tohid Müqənnidi adlı fəalın müəyyənləşdirmək mümkün olub.

Bu arada , 9 iyun ( 19 xordadda) Urmu şəhərinin Güllər bağı ərəzisində Nima Həsəni, Məhəmməd Məhəmmədi, Əta Kərimi, Milad Muxtari, Ruhullah Məzahiri, Əmir İbrahimlu, Yasin Hacızadə, Yasir Əkbəri, Mustafa Haşimi və Ehsan Bədrmilan tutuqlanıb.

Həmçinin Ötən illərdə Urmu gölü aksiyalarında iştirak edən bir neçə adam Urmu ETTEALLATına çağrılıb və onlardan iltizam alınaraq sərbəst buraxılıb.

Bu yazıya 1 yorum yazılıb.

  1. اعتراض به خشكاندن درياجه اروميه در تبريز، اروميه و جند شهر ديكر اذربايجان

Yorum yazmaq istəyirsinizmi?