Təbriz və Urmiyada etiraz aksiyaları keçirilib, onlarla fəal saxlanılıb

10300091_787616914596290_8107906710729436927_n

OYANNEWS: İyunun 10-da axşam saatlarında İranın Azərbaycan şəhərlərində etiraz aksiyaları keçirilib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, piket İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz xarakteri daşıyıb.

Təbriz şəhərində yüzlərlə insan Abresan meydanına axışaraq müxtəlif şüarlar səsləndirib. Ancaq İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları aksiyanın qarşısını almaq üçün dinc nümayişçilərə qarşı zor tətbiq edib, 14 nəfər saxlanılıb. Onlardan 7 nəfəri iyunun 11-də səhər saatlarında azadlığa buraxılıb.

Bundan əlavə, Urmiya şəhərində də yüzlərlə insan küçələrə çıxaraq İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə öz etirazlarını bildirib. Onlar “Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Urmiya gölü səslənir: susuzam haray, haray!” və “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi şüarlar veriblər. Onlarla nümayişçi saxlanılıb.

Real Cəfərli – APA

 

Yorum yazmaq istəyirsinizmi?