Marağa Universitetində etiraz aksiyası keçirilib

o2

Oyannews: Ötən gün Marağa Universitetində etiraz aksiyası keçirilib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bir qrup azərbaycanlı tələbə İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd qalmasına öz etirazlarını bildiriblər.

Onlar sifətlərinə üzərində Urmiya gölünün şəkli olan maskalar taxaraq “Urmiya gölü susuzdur!” şüarını səsləndiriblər. Tələbələr İran rəsmilərindən Urmiya gölünün qurumasının qarşısını almağı, bununla bağlı məktubun hazırlanması və hər kəs tərəfindən imzalanmasın, həmçinin ekoloji məsələlərlə bağlı keçirilmiş aksiyalara təhlükəsizlik qüvvələrinin müdaxilə etməməsini istəyiblər.

Real Cəfərli-APA

o1 o2

 

Yorum yazmaq istəyirsinizmi?