Tikantəpə : Daha bir fəhlə mədən qəzasında sağlamlığını itirdi

833692

Oyannews: Iyun ayının 20-də  Tikantəpəyə bağlı Sarıcalı kəndinin sakinləri bu ərazidə polimetal mədəninin işə başlamasına etiraz olaraq aksiya keçiriblər.

Tikantəpənin yeni valisi Qəhramani aksiya yerinə gəlib. Lakin valinin kənd sakinləriylə danışıqları barədə heç bir bilgi yoxdu.

Kəndlilərin dediyinə görə,Sarıcanlı kəndinin yuxarısında yerləşən bu mədən işə başlasa bütün bölgənin otlaqları, yerüstü və yeraltı suları çirklənəcək, bölgə əhalisinin  əsas məşğuliyyəti olan əkinçilik və maldarlıq məhv olacaq.

Onlar həmçinin bu ərazinin Sarıcanlı, Çardaq, Quşxana, Hampa  və Quşbulaq su qaynaqları olduğunu da bildiriblər. Bu bölgə həm də Tikantəpəni suyla təmin edən Əl Qədir və Gügüçi  barajlarının  təmək qaynağıdı.

Tikantəpə ərazisində belə daş mədənlərindən biri də Güləgül kəndindədi. Bu kəndin də sakinləri bir neçə dəfə mədənin təbiəti çirkəndirməsinə və böyük maşınların səslərinə görə etiraz etsələrdə mədənin yetkililəri onların etirazlarına məhəl qoymayıb və bir isfahanlı iş adamına məxsus olan bu mədən öz işinə davam edib.

Yorum yazmaq istəyirsinizmi?