Tikantəpə: Sarıcalı sakinləri mədenlərə etiraz etdi

325698_n4sXRPTJ

Oyannews: Bir neçə gün öncə Tikantəpənin Quşxana daş mədənində çalışan Tikantəpəli 27 yaşlı fəhlə Səccad Əmiri iş qəzası nəticəsində bir əlini itirib.

Onun əli 25 tonluq traverten  daşının  altında qalıb.Yaralanan fəhlə Tikantəpə xəstəxanasına aparılsa da xəstəxananın imkanları az olduğundan onu orda müalicə eləmək mümkün olmayıb və onu Urmiyaya aparmalı olublar.

Urmiyayla Tikantəpə arasında isə ən tez 6-7 saata çatmaq olur. Urmiya xəstəxanasında da lazımi dərmanlar olmadığı üçün Təbrizə aparılan fəhlənin müalicəsi gecikdiyinə görə, onun əlini biləkdən kəsiblər.

3 ildi ki, bu mədəndə çalışan Səccad Əmirini burada sığortasız və əmək müqaviləsi olmadan çalışırdı.Mədən məsulları fəhləyə qəramət verməkdən imtina edib.

Yaşadığı dəhşətli hadisədən sonra ağır duruma düşən Səccad Əmiri mədən məsullarını məhkəməyə verib. Bu qəza ilk mədən qəzası deyil. Hər il bu və burdakı başqa mədənlərdə neçə-neçə fəhlə yaralanır və ya həyatını itirir.

2004-ci ildə Əli Əşrəfşiri, 2006-da Səfər Qəbuli, 2009-da Səccad Qəmbəri həyatlarını mədən qəzalarında itirən fəhlələrdəndi. Canları hər zaman təhlükədə olan əsasən Tikantəpə sakinlərindən ibarət fəhlələr qışda fars bölgələrinə gedib çalışmağa məcburdular.

Nəzərinizə çatdıraq ki, Tikantəpədə 54  belə mədən fəaliyyət göstərir və bu mədənlərində çoxunun sahibi farslardı. Bu mədənlərdə Tikantəpə sakinləri keçiçi olaraq çalışır.

Ötən il Tikantəpə vergi idarəsinin rəhbəri Həbibullah Mədənin İRNA ajansına verdiyi müsahibədə Tikantəpədəki mədənlərin rəhbərlərinin vergidən yayındıqlarını etiraf edib və vurğulayıb ki, bu mədənlər ətraf mühiti tullantılarla çirkləndirir.

Yorum yazmaq istəyirsinizmi?