URMİYƏ UNİVERSİTESİNDƏ TERRORİZMƏ QARŞI AKSİYA KEÇİRİLDİ

urmu-eylem-9

Oyannews-a Özəl:  Bu gün səhər saatlarında Urmiyə universitetinin onlarla tələbəsi terrorizmə qarşı aksiya keçirmişlər.
Oyannews-un aldığı xəbərə görə bazar günü 12 Oktyabr 2014 tarixində Urmiyə universitetinin onlarla tələbəsi İŞID, P.K.K, P.J.A.K terror təşkilatlarına qarşı aksiya keçirərək Amirli, Kərkük, Telafer və Eyn-ül Ərəb(Kobani) insanlarıyla həmrəyliklərini nümayiş etdiriblər.
Terrora qarşı keçirilən bu aksiyada “PKK Kahr Olsun”, “Ölüm Olsun Terroristə”, “Yaşasın Kərkük”, “Yaşasın Amirli”, “Ölüm Olsun İŞİDə”, “Ölüm Olsun PKK-ya”, Ölüm Olsun PJAK-a” şüarları səsləndirilib.
Urmiyə Universiteti tələbələri anti-terrorizm aksiyasının sonunda oxunan bəyanatda terror qruplarını bölgədə törətdikləri cinayətlər üçün qınamışlar.
Bəyanatın bir bölümündə deyilir:
“İŞİD terror qrupunun bölgədə özəlliklə Telafer, Eyn-ül Ərəb(Kobani) şəhərlərində, İraq və Suriyənin başqa bölgələrində, Talibanın Əfqanistan və Pakistanda ard- ardına olan cinayətlərini, PKK və PJAK terror qruplarının Türkiyə, İran və İraqda vəhşicəsinə törətdikləri bütün cinayətlər bu güçlər tərəfindən gerçəkləşdirilmişdir.
“Biz Umiyə Universitetinin tələbələri, etnik, məzhəb və siyasi görüşümüzdən asılı olmayaraq terror qruplarının törətdikləri cinayətləri qınayıb və bu qrupların cinayətlərinin qurbanı olan bütün məzlum insanlarla həmrəy olduğumuzu bildirib, bölgədəki millətlərin özəlliklə universitetdəki insanların bölgədə baş verənlərə hər yönlü diqqət yetirmələrini istəyirik.”
Daha öncə də Təbriz Universitetinin bir qrup tələbəsi 21 İyun 2014 tarixində Təbriz universitetinin Tələbələr İdari İşləri binasının önünə toplaşaraq “İŞİD” tərəfindən görülən işləri qınamışdılar; “İŞİDə Yox”, “Zorakılıq olmayan bölgə istəyirik”, “Terroristə yox” kimi şüarları səsləndirmişdilər.
PKK və PJAK qrupları Avropa ölkələri və Amerikanın terrorist qruplar siyahısındadır.
Türkiyə dövlət qüvvələri ilə PKK silahlı qrup arasında baş vermiş savaşda təxminən 40 min insane ölmüşdür.
PJAK tərəfindən Güney Azərbaycaın qərbi Azərbaycanında öldürülənlər haqqında hər hansı bir statistika əldə yoxdur.

 

urmu-eylem urmu-eylem-2 urmu-eylem-3 urmu-eylem-4 urmu-eylem-5 urmu-eylem-6 urmu-eylem-7 urmu-eylem-8 urmu-eylem-9 urmu-eylem-10

Yorum yazmaq istəyirsinizmi?