Əfşin Şahbazi azadlığa çıxıb

efşin şehbazi

Oyannews : İranda azərbaycanlı tələbə fəal azadlığa çıxıb.

Panoram.az-ın “Oyannews”a istinadən məlumatına görə, Əfşin Şahbazi 6 aylıq həbs cəzasını tamamladıqdan sonra oktyabrın 7-də Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Azərbaycanlı fəal avqustun 24-də məhkəmənin barəsində çıxardığı həbs cəzasının qalan hissəsini çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasının karantin kamerasına salınıb.

Qeyd edək ki, azərbaycanlı tələbə fəal 2012-ci il yanvarın 13-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Təbrizdə öz mənzilində tutulub. Ə.Şahbazi 51 gün ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbbsxanasına köçürülüb. Azərbaycanlı tələbə fəal 2012-ci il mayın 30-da 4 ay 7 günlük həbs həyatından sonra 20 milyon tümən mülk girovu qarşılığında Təbriz şəhərinin mərkəzi həbbsxanasından müvəqqəti azadlığa buraxılıb. Ə.Şahbazi 2012-ci ilin iyununda Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində hakim Rəhim Həmlbərin sədrliyi ilə keçirilən prosesdə 6 ayı 5 il müddətinə təxirə salınmaqla bir il azadlıqdan məhrum edilib.

Azərbaycanlı tələbə fəal bundan əvvəl də dəfələrlə tutulub, təcridxanalarda saxlanılıb və həbs cəzalarına məhkum edilib.

Yorum yazmaq istəyirsinizmi?