3 nəfər Azərbaycanlı milli fəal Xoy şəhərində həbs ediliblər

xoy 33

Oyannews: 3 nəfər Azərbaycanlı milli fəal 17 Fevral 2015 tarixində Xoy şəhərində həbs ediliblər.

Fevral ayının 17-də qərbi Azərbaycan vilayətinə bağlı olan Xoy şəhərində 3 nəfər Azərbaycanlı milli fəal İran dövlətinin təhlükəsizlik və infarmasıya nazirliyinə (ETTELAAT) mənsub olan şəxslər tərəfindən tutulub və naməlum yerdə həbs ediliblər.

Milli fəalların tutuqlanması sabah saatları zamanı baş veribdir. Bu barədə Oyannews internet saytı xəbər yayıbdı.

ETTELAAT mənsubları İslam Əliəkbərli, Araz Xassetəraş və Əmin Hacılı adlı milli fəalları İslam bəyin özəl iş yerinə basqın zamanı tutuqlayaraq, həbs ediblər.

Məmurlar basqın zamanı İslam Əliəkbərlinin iş yarində axtarış aparıblar və milli fəalın biligisayarını və şəxsi əşyalarını müsadirə edib tutuqlu fəallarla birlikdə ETTELAAT idarəsinə aparıblar.

Milli fəalların ailə üzvləri və yaxınları şəhərin məhkəmə orqanına tutuqlu milli fəalların vəziyyətindən xəbərdar olmaq üçün müraciət ediblər və hələlik bu barədə bir nəticə əldə edə bilməyiblər.

21 Fevral beynəlxalq ana dili günü ərəfəsində İran dövlətinin Azərbaycanlı milli və mədəni fəallara qarşı basqıları artıb. Təxminən 2 həftə öncə Tehranda milli və siyasi fəal Əli Rizayi İran dövlətinin təhlükəsizlik organlarına bağlı olan şəxslər tərəfindən həbs edilib və indiyə kimi harda saxlanıldığı və vəziyyəti barədə bir məlumat əldə edilməyibdir.

Iran Briefing

xoy 33

Yorum yazmaq istəyirsinizmi?