1811 Azərbaycanlı öyrənci Həsən Ruhaniyə məktub ünvanladı: Biz Türk Dilinin İranda rəsmi dil olmasını istəyirik

Turk_Dili_iran

1811 Azərbaycanlı öyrənci Həsən Ruhaniyə məktub  ünvanladı: Biz Türk Dilinin İranda rəsmi dil olmasını istəyirik

Oyannews: 1811 Azərbaycanlı öyrənci  İran prezidenti Həsən Ruhaniyə məktub ünvanlayaraq  İranda etniklərin hüquqlarının bərpa edilməsi üçün gərəkli işlərin görülməsini istəyiblər.

Məktuba imza atanlar Urmu, Təbriz, Zəncan, Marağa, Meşkinşəhər və Kəleybər üniversitetlərinin öyrənciləridi. Öyrəncilər məktubu birbaşa H.Ruhaninin igamətgahına yollayıblar.

Öyrəncilərin məktubunda deyilir: “ İnqilabdan sonra  cavabdeh şəxslərin diqqətsizlikləri nəticəsində  etniklərin hüquqi və mədəni fəaliyyətləri yönündə hər hansi bir iş görülməyib. Yarı yarımçıq görülən işlər etniklərin  nəyinki, xeyrinə tam zərərinə olub. Örnəyin, bölgə televiziyalarında  etniklərin  dili yalnış işlədilir və bəzən  lağa qoyulur. İranın Ana yasasının 15 maddəsinin icra edilməməsi bir sıra sorunların yaranmasına nədən olub.”

Azərbaycanlı öyrəncilər Həsən Ruhaninin seçkiqabağı verdiyi bəyanatlara dayanaraq Türk dilinin ölkədə rəsmi dil olmasını, mədrəsə və üniversitetlərdə Türk dilində təhsil almaq hüquqlarının  verilməsi və İran ana yasasının 3, 15 və 19 maddələrini rəhbər tutaraq bu yöndə işlər görülməsini istəyiblər.

Öyrəncilər Türk dili və ədəbiyyatı qrumunun tez bir zamanda yaradılmasını tələb ediblər.

Bu məktubu imzalayan öyrəncilər İranın güc strukturlarının onlara qarşı təhdidlərə son qoymasını  və başqa mədəniyyətlərə  baxışın dəyişməsini istəyiblər.

Verilən məlumata görə, imzatoplayan gənclərə qarşı  güc strukturları təziq edib. İmzatoplama kampaniyasında iştirak edən  öyrəncilərin dediklərinə görə, Urmu, Sulduz və Parsabaddakı Pəyami Nur üniversitetlərində güvənlik görəvliləri  öyrəncilərin imzalarını əllərindən alıblar. Xəbərlərdə o da bildirilir ki, imzatoplayan tələbələrdən Atabək Sepehri  imzatoplama kampaniyasi zamanı tutuqlanıb.

Öyrəncilər yazdıqları məktubu İranın bir neçə rəsmi mətbu orqanına yollasalarda, ancaq İran mətbuatı bu məktubu yayımlamayıb.

Sonda öyrəncilər tam müstəqil, heç bir cərəyan və ya siyasi partiyanın yardımı olmadan bu kampaniyanı həyata keçirdiklərini qeyd ediblər.

متن-نامه-1

imza ruhani (2) imza ruhani (3) imza ruhani (4) imza ruhani (5) imza ruhani (6) imza ruhani (7) imza ruhani (8) imza ruhani (9) imza ruhani (10) imza ruhani (11) imza ruhani (12) imza ruhani (13) imza ruhani (14) imza ruhani (15) imza ruhani (16) imza ruhani (17) imza ruhani (18) imza ruhani (19) imza ruhani (20) imza ruhani (21) imza ruhani (22) imza ruhani (23) imza ruhani (24) imza ruhani (25) imza ruhani (26) imza ruhani (27) imza ruhani (28) imza ruhani (29) imza ruhani اورمیه-1 اورمیه-2 اورمیه-3 اورمیه-4 اورمیه-5 اورمیه-6 اورمیه-7 اورمیه-8 اورمیه-9 اورمیه-10 اورمیه-11 اورمیه-12 اورمیه-13 اورمیه-14 اورمیه-15 اورمیه-16 اورمیه-17 اورمیه-18 اورمیه-19 اورمیه-20 اورمیه-21 اورمیه-22 اورمیه-23 اورمیه-24 اورمیه-25 اورمیه-26

 

Yorum yazmaq istəyirsinizmi?