İranda daha bir uşaq Türk adı verildiyi üçün kimliksiz qalıb

anar1

Oyannews: Tehran və Kəleybərin pasport idarəsi Anarın doğumundan iki aydan çox keçməsinə baxmayaraq Anar adına doğum bəlgəsi verməkdən imtina edir.

Oyannewsun məlumatına görə, Anarın atası İlyas Nemətpur bir neçə aydı etdiyi  cəhdlərə baxmayaraq,  bu günədək oğluna doğum bəlgəsi əldə edə bəlməyib. Neməpurun dediyinə görə, məsullar doğum bəlgəsinin verilməməsinin nədənini bu adın anlamsız və yabancı olduğu ilə əlaqələndirirlər.

Nemətpur əlavə edib ki, Tehran pasport idarəsinə dəfələrlə müraciətimdən  sonra doğum bəlgəsinin verilməməsi səbəbini  Tehran yekililərinin ixtiyarında olmadığını  bildirib, dosyanı Kəleybərə (doğulduğum şəhərə) göndərdilər.  Təssüflə Kəleybər yetkililəri də Anar adına doğum bəlgəsi verməkdən imtina etdilər. Bu uşaq iki aydan artıqdır ki, bütün tibbi xidmətlərdən məhrumdur.

Xatirladaq ki, Anar 2015-ci ilin yanvar ayının  13-də Tehranda doğulub.

Anar kimlik ala bilməyən ilk uşaq deyil. 2014-cü ildə daha iki Azərbaycanlı  öz uşaqlarına Türk adları  qoyduqları üçün kimlik ala bilmirdilər.

anar1

Yorum yazmaq istəyirsinizmi?