Traxtur İran çempionatında növbəti zəfərini qazandı

trax99

Oyannews: Təbrizin “Traxtur” takımı iran çempionlar ligində növbəti qələbəsini qazandı.

Bu dəfə takımın qurbanı Xuzistanın “İstiqlal”ı oldu.

Təbrizin Səhənd stadionunda baş tutan oyunda “Traxtur” 40-cı dəqiqədə Fərşad Əhmədzadənin qolu ilə hesabı açıb. 57-ci dəqiqədə Lusyano Edinyo takımın qol sayını 2-ə yüksəldib. Oyunun və Traxturun son qolunu isə 81-ci dəqiqədə Andranik Teymurian vurub.

Beləliklə, Traxtur növbəti oyunda növbəti qələbəsini qazandı.

Bu qalibiyyətlə “Traxtur” turnir cədvəlində 47 xalla 2-ci yerdə qərarlaşıb. Birinci yerdə isə Traxturdən 1 xal üstün olan Tehranın “Neft” takımı var.

Yorum yazmaq istəyirsinizmi?