İranda Azərbaycanlıların "Təbiət günü" mərasimi yarımçıq qaldı/FOTO

sizdeh melikan (7)

Oyannews: İranda Məlikkəndi şəhərində Azərbaycanlıların “Təbiət günü” mərasimi yarımçıq qalıb.

2 apreldə İranda “Təbiət günü” kimi tanınan gündə bayramın son günü olaraq təbiət qoynuna gedərlər.

Bu mərasim 6 ildir Məlikkəndidə Azərbaycan musiqi və rəsqinin ifasıyla daha da zənginləşib.

Ailəliklə bu gün təbiət qoynuna gedib Azərbaycan musiqinin ifası ilə müxtəlif Azərbaycan rəqsləri edərlər və bu mərasimi günü ənənəvi olaraq davam etdirərlər.

Amma bu il, “Təbiət günü” ərəfəsində İranın əmniyyət qüvvələri bir neçə gün qabaqdan Azərbaycan milli fəallarını o tədbirə getməməyi tapşırıblar.

Lakin əmniyyət qüvvələrinin bu tutuqlamarına və uyarmalarına baxmayaraq, azərbaycanlılar hər zaman olduğu kimi öz mərasimlərini keçiriblər.

Əmniyyət qüvvələri mərasimə hücum edərək, mərasimi dağıtmağa çalışıb və insanların musiqi səsləndirdikləri cihazlarını əllərindən alıblar.

Bu hücuma səssiz qalmayan mərasim iştirakçıları isə, “Azərbaycan bir olsun, istəməyən kor olsun”, ” Yaşasın Azərbaycan” kimi şüarlarla cavab veriblər.

Xatırladaq ki, “Təbiət günü” ərəfəsində Binab və Məlikkəndə ən az 5 Azərbaycanlı milli fəal əmniyyət qüvvələri tərəfindən tutuqlanaraq sorğu-sual edilib və bir çenə saata sərbəst buraxılıb.

Bunlar Mehdi Kuxiyan, Bəhmən Xaliqi, “Duman” musiqi qrupunun başqanı Rza Gulizadə, Seyfulla Kərimdadaşi və Firuz Fərəczadədi.

sizdeh melikan (2) sizdeh melikan (3) sizdeh melikan (4) sizdeh melikan (5) sizdeh melikan (6) sizdeh melikan (7) sizdeh melikan (8) sizdeh melikan (9) sizdeh melikan (10) sizdeh melikan (11) sizdeh melikan (12) sizdeh melikan

Yorum yazmaq istəyirsinizmi?