İranda Azərbaycana qarşı daha bir konfrans

seminar

 Oyannews:” Tarix boyu Qafqazın coğrafi sərhədləri” adlı elmi qurultayın çıxışçıları Azərbaycan xalqı və Respublikası haqqında bötlanlar söylədilər.

Oyannewsun verdiyi məlumata görə, 2014-cü ilin noyabr ayının 16-da “Hur” adlı tərcümə və araşdırma, İran və Avrasiya araşdırma institutu (İRAS)  və Qafqaz araşdırmalar mərkəzinin təşkilatçılığı ilə təşkil edilmiş seminardakı çıxışların mətinləri yayımlandı.

Bu qurultaydakı çıxışları  5 ay sonra İranın “İran çehr” saytı dərc etdi

Seminarda çıxış edənlərdən İranın  strateji araşdırmalar mərkəzinin Avrasiya bölümünün direktoru Məhəmməd Şuri Qarabağ münaqişəsinə işarə edərək qeyd etmişdi ki, İran rəhbərləri bu münaqişədə vasitəçi rol oynadılar. Şuri İranın bu vasitəçi rolunun Azərbaycan Dövləti tərəfindən nəzərə alınmamasına toxunub və Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən millətçi düşüncələri daha da möhkəmləndirib və müxtəlif yollarla İran Azərbaycanlılarının düşüncəsini dəyişməyə çalışdığını iddia etdi.

İranın Bakı-Tiflis-Ceyhan  neft kəmərindən və Xəzərdəki neft investisiyalarından kənar qalması, bir vasitəçi kimi İranın Minsk qrupundan çıxarılması və İranda etnik gərginliklərin yaranması da Məhəmməd Surinin Azərbaycan Respublikasına qarşı söylədiyi qərəzli iddialar sırasındadı.

M.Şuri Dağlıq Qarabağ münaqişəsində İranın tərəfsiz və vasitəçi bir rol oynamasını iddia  edib, halbuki,  O, Azərbaycan rəsmlərinin, Güney Azərbaycan milli fəallarının   və bir çox jurnalistlərin dəfələrlə  İran-Ermənistan dostluq əlaqəsini  qınadıqlarını unudur.

Çıxışçılardan Tarixçi  və  Tehran ermənilərinin millət vəkili Karen Xanlari isə qeyd etdi ki, Ermənistanın rus qoşunlarının köməyi ilə Qarabağa hərbi təcavüzü, qarabağlıların Azərbaycan respublikasından qurtuluşu demək idi. K. Xanlari Ermənistan tərəfinin Azərbaycan  ərazisinə hərbi hücumunu  Kosovo məsələsi bənzədiyini bildirib.

Tehranın millət vəkili bu iddiaları ortaya atarkən BMT Təhlükəsizlik Şurası ardıcıl qətnamələrlə Ermənistanı işğalçı kimi qeyd edib və qoşunlarını Azərbaycan ərazisindən çıxmasını dəfələrlə  tələb etdiyini unudub.

Daha sonra çıxış edən tarix və siyasət araştırıcısı Cavad Təbatəbayi İran-Azərbaycan xarici əlaqələrini qınayaraq bildirib ki, nəzərdə almaq lazımdır ki,  Azərbaycan Respublikasında qanlı düşmənlərimiz var. Cavad Təbatəbayi  həmçinin İranda  Azərbaycan milli fəallarının Azərbaycan dövləti tərəfindən dəstəklənməsinə  işarə edərək deyib ki, Bakının Vaşingtondakı səfirliyi İran Azərbaycanlılarını ruhlandırması nəticəsində böyük Azərbaycan bayrağı açdılar və belə hallara bu gün universitetlərdə və Təbrizin ictimai yerlərində də şahid oluruq.

Nəzərinizə çatdıraq ki, Təbatəbayi öncələr “Mehrnamə”  jurnalında Azərbaycan dili və fəalları haqqında alçaldıcı ifadələri və yalan iddialarına göra, Azərbaycanın aydınlar  və milli fəallar tərəfindən tənqid olunmuşdur.

Qurultayda Cahangir Kərəmi, Huşəng Tale, İsaak Yunansiyan, Salar Seyfəldini və başqaları çıxış ediblər.

Azərbaycanlı yazarlar  və tadqiqatçılar bu iddiaların  erməni lobbisi tərəfindən planlaşdırılmış olduğunu düşünür və İranın dövlət orqanları tərəfindən dəstəklənməsindən nigərandılar.

 

 

Yorum yazmaq istəyirsinizmi?