Çöhrəqani: Öyrəncilər lider arzusunda olmasınlar

chehreqani

Oyannews: 1995-ci ilin may ayında İranın radio və televiziyasında yayımlanan bir anketdə Azərbaycan Türk milləti aşağılandı. Və buna etiraz olaraq 9 may tarixində Təbriz universitetinin öyrənciləri universitətə toplanaraq eyləmlər təşkil etdilər və yürüşlər keçirtdilər. O gündən 9 may Güney Azərbaycanda Öyrənci Günü kimi tarixə düşdü.

Dr.Mahmudəli Çöhrəqanli GAMOH(Güney Azərbaycan Milli Oyanış Hərəkatının) genəl başkanı, 90-cı illərdə universitet hocası və Təbriz Tərbiyyət müəllim universitetinin mali idari köməkçisi Güney Azərbaycanda Öyrənci Günü munasibetələ o illərin olaylarindan danışır.

9 may  Öyrənci hərəkatı ilə bağlı keçmiş universitet hocası dedi: 90-ci illərin əvvəlində olan olayların nəticəsində  ilk dəfə Azərbaycan Milli Hökumətindən sonra (Pişəvərinin başçılığı ilə) Təbriz universitetində  Azərbaycan Türkcəsi ədəbiyyatının öyrənilməsinə icazə verildi.

Çöhrəqani Azərbaycan öyrənci hərəkatının görəvlərini açıqlayaraq qeyd edir ki, indiki zamanda hər evdə ən azi bir öyrənci və öyrənci olmuş insan var. Demək olar ki, Azərbaycan öyrənci hərəkatı toplumun bütün adamlarını əhatə edir və buna görə Azərbaycan Milli Hərəkatının ruhunu və cismini öyrəncilər təşkil edir.

Dr. Çöhrəqani İran parlamentinin 5-ci dövrə seçkilərinə  namizəd  olmuş, öyrəncilərin seçkilər ərəfəsində və ondan sonrakı olaylarda  bağlı söylədi ki, məni dəstəkləyənlərin yüzdə doxsanı öyrəncilər idi. Onlar  mənim danışıqlarımı və planlarımı hazırlayırdılar, təşkilatçılıq edirdilər və hər zaman mənim yanımda olurdular.

GAMOH genəl başkanı öyrənciləri bayraqdar, lider, yolaçan, kimi nitələyərək qeyd edir ki, öyrəncilərdə millətimizi azad edə biləcək güc və potansiel var. Əgər Azərbaycan Öyrənci  Hərəkatını  Azərbaycan Milli Hərəkatından ayırsaq, bu hərəkat başsız bir ölü  kimi yerdə qalar.

Dr. Çöhrəqani  öyrəncilərin indiki durumda görəvlərinə toxunaraq söylədi ki, onlar görəvlərini yaxşı bilirlər və məncə Qandinin barışcıl yönləriylə mübarizə və hərəkata davam etməlidirlər, birləşməli və mütəşəkkil organizə olub lider arzusunda olmamalıdırlar. Onlar özləri hərəsi bir liderdi.

Yorum yazmaq istəyirsinizmi?