Talas Afşar: Azərbaycan Öyrənci hərəkatının tarixi öyrənilməli və yazılmalıdı

talas afshar

Oyannews: 1995-ci ilin may ayında İranın radio və televiziyasında yayımlanan bir anketdə Azərbaycan Türk milləti aşağılandı. Və buna etiraz olaraq 9 may tarixində Təbriz universitetinin öyrənciləri universitətə toplanaraq eyləmlər təşkil etdilər və yürüşlər keçirtdilər. O gündən 9 may Güney Azərbaycanda Öyrənci Günü kimi tarixə düşdü.

Keçmiş Azərbaycan öyrənci fəalı Talas Afşar Sayınqalada doğulub. Təbriz və Baki universitetlərində psixologiya təhsili alıb. Ankarada Hacettepe universitetində “Uşaq gəlişimi” üzrə  doktora tezi müdafiə edib və hazırda Kanadanın Toronto şəhərində yaşayır.

Talas Afşar  Azərbaycan Öyrənci günü münasibətiylə bağlı  təbriklərini çatdıraraq, Azərbaycana özəl belə bir günlərin olmasını gözəl bir hadisə adlandırdı.

Müsahibimiz 9 may 1995-ci il olaylarıyla bağlı açıqlama verərək qeyd etdi ki, bu eyləmlər Tehranda İranın radio və televiziyasında bir anketin yayılmasından sonra baş verdi.

Talas Afşar deyir: O anketdə Azərbaycan Türk kimliyi və millətinə aşağılayıcı ifadələr işlənmişdi. Təbriz üniversitetinin öyrənciləri bu olaylara etiraz edərək, o günün yəni anketin yayımlanmasının axşamı üniversitetin qapısı önündə bir bəyanat oxudular və sloqanlar ataraq radio televizyonun bu aşağılayıcı anketinə öz etirazlarını bildirdilər. Öyrəncilər o gün Təbriz universitetinin meydanına yürüş etmək istəsələrdə, təhlükəsizlik qüvvələri tərəfindən qarşıları alındı və bu qüvvələrin müşaəti ilə eyləmlərini keçirmək üçün universitetin salonuna aparıldılar. Şərqi Azərbaycan valisi və Təbriz universitetinin rektoru öyrəncilərin görüşünə gəldi və onlar radio televizyonun bu aşağıayıcı hərəkətini ört basdır eləmək üçün qeyd etdilər ki, bu bir yalnışdır və bunun radio televizyonla heç bir əlaqəsi yoxdu.

Bu hərəkatda əsas məsələ öyrəncilərin bir-birləri ilə ilgilənməsi, əlaqə saxlaması və təşkilatlanması idi. Bu olaydan sonra Təbriz universitetinin öyrənciləri Urmu, Ərdəbil, Tehran universitetlərinin öyrənciləri ilə görüşüb danışıblar ki, bu eyləmləri birlikdə keçirtsinlər. Bu görüşün sabahı gün Urmu univeritetinin öyrənciləri də bbu olaylara öz etirazlarını bildirmək üçün eyləm keçirtdilər.

Talas Afşar 1995-ci ildən öncəki olaylara toxunaraq qeyd etdi ki, Təbriz universitetində iki dəfə Qarabağın müdafiəsi və İranın siyasətinə etiraz olaraq eyləmlər keçirilmişdi.O eyləmlərdən birində Təbriz universitetinin qapısından Saat meydanına qədər uzun bir yolda yüzlərlə öyrənci etiraz yürüşü keçirtmişdi.Bu eyləmlər öz-özünə yaranmamışdı,Azərbaycan öyrənciləri tərəfindən təşkil edilmişdi. 1989-1990-cı illərdə gizli və yeraltı öyrənci təşkilatları yaranmışdı və o təşkilata yüzlərlə insanlar üyə idi. Onların çoxu öyəncilər idi.

Müsahibimiz  özü də bu təşkilatların birinə üyə imiş. Onun sözlərinə görə, bu gizli təşkilatın üzvləri evlərə gedib insanlarla görüşər, onları bu təşkilata üyə eləməyə çalışardılar.

Bir-birimizlə əlaqədə olardıq, milli hərəkatın indiki və gələcək durumundan danışardıq. Təbrizdə olan gizli təşkilatdan başqa Azerbaycanin müxtəlif  şəhərlərində , hətta Tehranda da belə bir təşkilatlar yaranmışdı.

Talas Afşar 1995-ci il olaylarının uzun bir prosesin ardı kimi dəyərləndirir və gələcəkdə olacaq ittifaqlara zəmin hazirlayacaq olaylar kimi qiymətləndirdi. Onun dediyinə görə, o illərin fəaliyyəti Azərbaycan milli hərəkatının bir tarixi kimi yazılmalıdır.

Afşar öyrənci hərəkatının ən böyük qüsurunu böyük bir çatının olmamasında görərək qeyd edir ki, əgər belə bir çatı yaranarsa, bütün öyrənciləri o çatı əhatə edə bilirsə, öyrəncilər rahatlıqla gələcək barədə  düşünüb planlar qura bilərlər və baş verən olaylara zamanında və yerində müdaxilə edə bilərlər.

Yorum yazmaq istəyirsinizmi?