İran Futbol Federasıyası Traxtur takımını və yandaşlarını aldatdı

0c4319bc-d03a-4c7b-94bc-e4ab8aa7fecc

Oyannews: İran Futbol Federasıyası Traxtur takımını və yandaşlarını aldatdı.

Oyunun sonlarına doğru “Səhənd” stadionunda internet kəsilir və Federasiyadan bir nəfər Traxtur takımının yetkililərinə yaxınlaşaraq Sepahan və Saypa oyununun bərabər hesabla sona çatdığını söyləyir.

Buna görədə oyun bitən kimi Traxtur oyunçuları və yandaşları çempionluq qutladılar, amma qısa zamandan sonra bunun yalnış olduğu anlaşıldı.

Takımın oyunçuları və yandaşları aldadıldıqlarını bildikdən sonra çox əsəbləşirlər və yandaşlar bu aldadılmaya etiraz olaraq stadionun oturacaqlarını sındırırlar, bir neçə insan əsəbdən ürək tutması ilə xəstəxanaya yerləşdirilir.

Polis və yandaşlar arasında yaşanan şiddətli qarşıdurmada bir neçə yandaş yaralanıb, tutuqlananlar var.

Yorum yazmaq istəyirsinizmi?