İran prezidenti Təbrizdə milli şüarlar və qırmızı kartla qarşılandı

kart2 (5)

Oyannews:mayın 19-da İran İslam Respublikasının prezidenti Həsən Ruhani Təbrizdə gözlənilməz bir durumla qarşılaşdı.

Güney Azərbaycan və özəlliklə Təbrizdəki azərbaycanlılar Həsən Ruhaniyə qırmızı kart göstərərək hakimiyyətin Azərbaycana qarşı ”yalan və ayrıseçkilik” siyasətlərinə etirazlarını bildirdilər.

Ana dilində təhsil almaq haqqı və Urmu gölünün qurudulmasının qarşısının alınmasını tələb edən aksiya iştirakçıları Həsən Ruhanidən verdiyi vədləri həyata keçirməsini istəyiblər.

Şahidlərdən birnin Oyannews’a verdiyi məlumata görə, Həsən Ruhaniyə qarşı “Azərbaycan var olsun, istəməyən kor olsun”,“Azərbaycan milləti, çəkə bilməz bu zilləti”,“Azərbaycan oyaqdı, Traxtura dayaqdı” kimi şüarlarla insanlar etirazlarını bildiriblər.

Bu şüarlarla qarşılaşan Həsən Ruhani, Traxtur- Neft oynunda baş  verən hadisələrin günahkarını tam gücüylə cəzalandırılacağına  vəd verərək qeyd edib ki, heç kəs Azərbaycan və Təbriz xalqının duyğusuyla oynaya bilməz.

Başqa bir şahidin Oyannews’a verdiyi məlumata görə, Həsən Ruhaninin çıxışından sonra  əhali yenidən milli şüarlar səsləndirərək  Azərbaycana qarşı siyasətə etirazlarını bildiriblər.

Verilən məlumata görə,etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Tutuqlamaların olduğu xəbəri verilsədə, tutuqlananların kimliyi hələki bəlli deyil.

Xatırladaq ki, bu olaylar ötən cümə Təbrizin “Səhənd” stadionunda baş verən dünya futbol tarixində bənzəri görünməyən rüsvayçılıq hadisələrininin təsirindən qaynaqlanır.

kart2 (2) kart2 (4) kart2 (5) kart2 kartt

Yorum yazmaq istəyirsinizmi?