Əlirza Ərdəbili: Bu seçkilər Türkiyədə demokratiyanın inkişafının pik nöqtəsini göstərdi

elirza-ərdəbili

Oyannews: Keçən günlərdə Terkiyə ümumi seçkilərə şahid oldu.

Oyannews sitesi bu seçkilərlə ilgili Əlirza Ərdəbili Tribun site’sinin başyazarı ilə danışıq aparıb.

Ərdəbili bu danışığında deyib: Türkiyədəki bu son seçkiləri ölkədə demokratiyanın inkişafının pik nöqtəsi kimi görürəm.

O bildiribki, əgər AK parti öz daxilində islahatlar aparsa nəyəsə nail ola bilər, amma bunu eləməsə məğlubiyyəti davam edəcək.

Əlirza Ərdəbilliylə olan müsahibənin tam və səsli variantını :

 

HDP-nin Türkiyə Böyük Məclisinə yol tapmasının əsli nə oldu sualını müsahib belə cavablandırdı: Bildiyimiz kimi 1980-ci il hərbi çevrilişi dünyanın ən böyük barajı qoymuşdu ki, onların öz anladığı islamçıların və kürt siyasi qüvvələrinin məclisə daxil olmasının qarşısını alsın. 2002 də islamçılar yəni AKP məclisə daxil oldu və 2015-ci ildə də son seçkilər də də kürtlər daxil ola bildi. Böyük bir etnik qrupun yolunu siz istəyərsiz barajla və ya başqa yolla kəsəsiz, olarda fikirləşib öz qüvvələrini, güclərini elə tənzimləyərlər ki, bu baraşı keçərlər və bunlarda son seçkidə buna müvəffəq oladular.

Ə.Ərdəbili dedi:Türkiyədə 20-30 il bundan öncə kürd siyasi qüvvələri istəyirdilər öz haqqlarına, Türkiyədən ayrılıb yetişsinlər, son 10-15 ilin inkişafında bunlar qane olublar ki,vətəndaş kimi siyasi məqamlarda təmsil olunsunlar və yol açılıbdı onlardan bu haqqlardan istifadə edirlər.Demokratiyada budur.Əgər iranda biz Azərbaycan Türklərinə gələsi olsaq,partiya qurmağa imkan verələr, təhsil ala bilək, təşkilatlana bilək və bizim dilimizdə televizyon kanalları olsun. Və təbii ki bunu hakim iqtidar həll eləyir. Amma təssüflə bizim qarşımızdakı qüvvələrdə bu demokratik anlayış yoxdu.

 

 

Yorum yazmaq istəyirsinizmi?