Ağalar Quta cavab

Adsız

Oyannews:

Ramazan Siracoğlu

Dəyərli bilim adamı Ağalar Qutun “Türkiyəcə türkçə deyil” yazısını maraqla oxudum. Bütün  mülahizələrinə də böyük sayqı ilə yanaşıram. Hörmətli müəllifin yazısı ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm.

 

Təbii ki, Əlcəzaircə, Yəməncə, İraqca, Misircə, Suriyaca ərəbcə, Kanadaca, Amerikaca, Avstraliyaca ingiliscə olmadığı kimi, öz növbəsində, Türkiyəcə də Türkçə deyil.

Başlıqda sillogizm  var. Hər hansı dildə sözün kökünü (mənşəyini, etimonunu ) araşdırmaq əziyyətli işdir. Xüsusi səbr, diqqət tələb etməsindən ziyadə, ən azından fərqli sistəmli üç dili mükəmməl bilmək lazımdır. Türk dilinin etimoloji tədqiqi sahəsində indiyədək az iş görülməyibsə də, həllini gözləyən çox məsələ var. Rəhmətlik M. Kaşğaridən sonra Bergamalı Kadrinin “Müyəssirətü-l- ulum”  adlı kitabı bu sahəyə aid parlaq örnəkdir.

 

Daha sonra əgər tarixi ardıcıllığa riayət edərsək, A. Vamberinin 1877-ci ildə macar dilində nəşr olunmuş “Türk –tatar dilinin etimoloji sözlüyü” kitabını mütləq qəyd etməliyik. Yeri gəlmişkən, həmin kitab bir il sonra, 1878-ci ildə Leypsiqdə  alman dilinə tərcümə olunmuş və yayınlanmışdır: Etyınologisches Wörterbuch der turko-tatarischən Sprachen, V. Radlovun 1893-1911-ci illərdə işıq üzü görmüş çoxcildlik “Versucheines Wörterbuclıesder Türk-Dialecte” kitabı etimoloji araştırmadan daha çox müqayisəli səciyyə daşıması ilə məşhurdur.

 

M. Rəsənin 1969-cu ildə Helsinki də geniş oxucu kütləsinin mühakiməsinə təqdim olunan “Versucheinesetimologischen Wörterbuhs der Tiürksprachen” lüğəti etimoloji  uğurlardan sayılır.V. M. Nadəlyayev, D. M. Nasilov,Ə. R. Tenişev, A. M. Şerbak tərəfindən hazırlanan və 1969-cu ildə SSRİ EA tərəfindən buraxılmış “Drevnetyurskiy Slovar” ciddi uğurlu elmi işdir.  G. Clausonun 1972-ci ildə Oksfordda nəşr olunan fundamental “An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish” kitabı XIII əsrə qədərki türk sözlərini araşdıranlar üçün  çox önəmli qaynaqdır. 1991-ci ilə hazırlanıb işıq üzü görən “Old Turkic Word Formation: A Functioııal Approachto the Lexicon” əsəri də dilcilərin müraciət etdikləri mənbələrdəndir. S, Stachowski, Historisclıes  Wörterbuch der Bilclııngenaııf -cı//-ıcı im Osmanisch-Türkischen, Ewa Siemieniec-Golasın 1997-ci ildə  Krakovda nəşr olunan   “Theformation of Substantivesin XVII century Ottoman-Turkish” əsəri, R. Dankoffun  1991-ci ildə Kembricdə çıxmış “An Evliya Chelebiglossary” kitabları olduqca önəmlidir.

 

Elm və ədalət naminə  Sevortyanın 1974— 1997-ciillərdə Moskvada nəşr olunan “Etimologiçeskiy slovar tyurkskix yazıkov” kitabını da xatırlatmalıyıq. E. R. Teniş Evin l984-1988 illər arasında yayınlanan “Sravnitelno-istoriçeskaya qrammatika tyurkskix yazıkov” əsərində fonetika, morfologiya və sintaksis  araştırılır, həmin əsərin 2001-ci ildə işıq üzü görən son cildində leksika ilə bağlı problemlər incələnir. Sadalanan əsərlərə müraciət eləmədən, ciddi etimoloji araşdırma aparmaq sadəcə mümkün deyil.

 

Məsələn, doğa sözündən başlayaq. Doğa sözü, hər şeydənəvvəl, Türk Dili Kurumu adlanan təşkilatın uydurduğu söz deyil. Bu söz  əski türk dilində mövcuddur.  Sir Gerard Clausonun 1962-ci ildə NyuYorkda  “Studies in Turkic and Mongolic Linguistics”  dərgisində çap olunmuş “Türkçədə VIII əsrdən öncə işlənmiş şəkilcilər” məqaləsində (Royal Asiatic Society Books.s.140-159 ) qədim Türkçədə feildən isim düzəldən a/ ə, həmçinin -nç-ç- şəkilçisisindən bəhs olunur. Bugünkü Türkçədə az da olsa a/ ə şəkilcisi ilə yaranmış sözlərə təsadüf olunur. Yeri gəlmişkən, Mehmet Gedizli də 2007-ci ildə “Turkish Studies – International Periodical For The Languages, Literature and History of Turkish or Turkic” dərgisində çap olunmuş  “Türkçədə tək və çoxfunksiyalı sözdüzəldici şəkilcilər” adlı məqaləsində bu məsələyə aydınlıq gətirmiş və örnəklər vermişdir: bas-a : Fazla, üstün, baskın.Tut-a: 1.Karadut. 2. El ile meyve toplama işi ya da el ile toplanmış meyve. Haciz; Aş-a: Aşırı, aşkın, fazla. Akşam yemeği. Gözleri dumanlı olan adam. Komut-a: 1. Askeri birliği ve onunla ilgili işleri yönetme görevi, kumanda eş anlamı. 2. Komutanlık sıfat ve yetkisinin yürütülmesi. Erk-e: 1. Enerji. 2. fel. Pozitif bilimlerde iş başarma gücü, bir direnmeyi yenme gücü. 2. Fazla nazlı ve serbest büyüyen çocuk (Volume 7/4, Fall 2012, p. 3351-3369, Ankara).

Sapa, yara, oya, sürə, dizə və s. sözlər də buna aid ola bilər.

 

Tartışmak

 

Mübahisə- ərəbmənşəli sözdür. مباحثه sözü ərəblərin mötəbər leksikoqrafik lüğəti sayılan “Muncid”də belə açıqlanır: مُداولة,مناقشة،تفاوضوتبادلرأي- yəni, fikir mübadiləsi, müzakirə, götür-qoy. İngilislər həmin sözü “deliberation, negotiation and exchange of opinion” şəklində anlayırlar. Qonşumuz farslar Dehxoda və Moinin sözlüklərində “mübahisə”niبحث،جدل،جروبحث،صحبت،گفتگو،محاجه،مناظره şəklində, ingilislər isə “controversy, debate, disputation, dispute” kimi alqılayırlar. Burada önəmli cəhət “mübahisə” sözünün qarşılığı kimi ərəbcə və farscada verilən “münaqişə və cədə”l (cəng ü cədal ) sözləridir. Elə ingiliscədəki “controversy” sözü Oksford lüğətində “disagreement, typically when prolonged, public, and heate” şəklində açıqlanır.

Deməli, türkcədə “tartışma” sözünün “1. birbirine karşıt düşünceleri karşılıklı savunma: “ 2. Karşılıklı ağır sözler söyleyerek yapılan çekişme, atışma, ağız dalaşı, dil dalaşı, dil kavgası, ağız kavgası, münakaşa 3. Bir sorun üzerine sözle ve ya yazılı olarak karşılıklı, bazen de sertçe savunma” şəklindəki izahı semantik baxımdan məntiqlidir.

 

Unutmaq olmaz ki, dildə bəzən semantik interferensiyalar olur, yəni sözlər fərqli dillərdə fərqli mənalar kəsb edir. Məsələn, farsçada “sərbəst” sözü başı bağlı, “xəstə”-yorğun, “gümrah” – yolunu azmış mənalarındadır; ərəbcə “müttəhim”-prokuror; mutrib-musiqiçi; tüllab-tələbələr; meymun-xoşbəxt mənalarındadır.

 

Uygar

 

Bu söz türkdilində “hars”, “mədəniyət”, “kültür”, “”sivilizasyon” şəkillərində də işlənir. Öncə, bildirək ki, “mədəni” sözü ərəb dilində “şəhər” anlamında işlənən “mədinə” sözündəndir. İndi Mədinə adlanan şəhərin əsl adı Yəsribdir. Pəyğəmbərimizin 622-ci ildə Yəsrib şəhərinə gəlişinin şərəfinə yəsriblilər öz şəhərlərinə öncələr “Mədinətu’lmünəvvər”-nurlu, işıqlı şəhər” ifadəsini işlətmişlər. Kultura- kültür sözünün gerçək mənası “yer şumlamaq bacarığı”dır. Türk dilində uygar sözü “fikir, sanat ve endüstri alanlarında çok büyük bir gelişme göstermiş olan, medeni; kültürlü, eğitimli, görgü kurallarına uyan, medeni” anlayışlarını ifadə edir. Uygar- uymaq, uzlaşmaq, yaraşmaq, tən olmaq, müvafiq gəlmək mənalarındadır.

 

Nəzərə almaq lazımdır ki, bir dildən başqa dilə sözlərlə bərabər şəkilcilər də keçə bilir. Bütün dillərdə hibrid mənşəli sözlər mövcuddur. Dilimizdə işlənən dülgər, çilingər, aşqar, zərgər, pərgər, misgər, səngər, kimyagər sözlərini xatırlayaq. Yaxud, gedişat, narahatçılıq, peşmanlıq, müğənnilik, rəhmətlik, meyxanaçı, tamaşaçı və s.  sözlərdəki şəkilçilər; yoldaş, nakişi, biərdəm, antitürk tipli sözlərdə sözün kökləri milli mənşəlidir.

 

Durum

 

Bir şeyin içinde bulunduğu koşulların hepsi, vaziyet, hâl, keyfiyet, mevki, pozisyon. Farslar, türklərin “durum” sözünəوضعیت deyirlər. Həmin sözü də bu şəkildə açıqlayırlar: وضعیت-طرزاستقرار. || موقع.موقعیت.. Vəziyyət sözü, ərəb dilindəki وضع feilindəndir. Həmin sözün “Muncid”də 25 mənası göstərilib, əsas mənası isə “əl və ayaq yardımı ilə icra olunan hərəkətlər; qazanılmış mövqe, qət olunmuş mənzil. İngilislər həmin sözü “mode a wayormanner in which something occursor  is experienced, expressed, ordone” şəklində başa düşürlər. Belə görünür ki, türkdilindəki “durum” sözü daha uğurlu və lakoniktir: Dur+um. Um-şəkilcisi türk dilində məhsuldar sözdüzəldici şəkilçilərdəndir.

 

Sonuç

 

Dilin zənginləşmə yollarından biri də şəxsi fantaziya üsulu ilə yəni sözlərin yaranmasıdır. Məsələn, Ziya Gökalp bir zamanlar, təklif olunan “günaydın” ifadəsini qətiyyən qəbul etməmişdi, olmaz demişdi. İndi hamı bu sözü işlədir. T. Fikrət “hayal-i inkisar, yəni,  “hayal kırıklığı” ifadəsini işlədəndə ədəbi ictimaiyyət ona lağ edirdi. C. Cabbarlı “Sevil, Yaşar, Almaz, Dönməz” adlarını özü yaratmışdı. Bu gün  o adlarla sevə-sevə öz övladlarımızı çağırırıq. Sonuç- sözünün işlənməsi nədən qəribə səslənməlidir ki? Təbii ki, sinonimlər tam olaraq bir-birini əvəz edə bilməz. Məsələn, kardioloq deyirik, amma ürəkoloq deyilməz. Doktora “ürəyim ağrıyır” dediyimiz halda, “könlüm ağrıyır” söyləmərik; dəniz-dərya-bəhr  sinonim olsa da, dənizci deyirik, dəryaçı yox; qənd-şəkər eyni mənalıdır, amma şəkərim artdı, şəkərim yüksəldi ifadəsi işləndiyi halda, qəndim artdı yəqin ki, işlətmərik.

 

Özgür

 

Herhangi bir kısıtlamaya, zorlamaya, şarta bağlı olmayan, serbest, hür.Ehtimal ki, bu söz qarışıq mənşəlidir. Sözün  kökü “öz” türkçə, şəkilcisi isə –farsçadır. Zənnimizcə, “gir” şəkilçisi dodaq ahənginin təsiri ilə “gür”şəklini almışdır. (Türk dilində buna bənzər dil hadisələri mövcuddur: müdür, mühüm,): fəndgir, kəfgir,pulgir, nəfsgir, cibgir vs.

 

İlginç

 

“İlgi uyandıran, ilgi ve dikkat çekici olan, enteresan. İlgi- İki şey arasında bulunan herhangi bir bağlılık, ilişki, alaka, taalluk, aidiyet” mənalarındadır. İlmək feilindən yaranması aydındır. Türk dili sözlüyündə “ilmək” sözü “hafif bir düğüm yaparak, bağlamak” şəklində izah olunur. Dilimizdə üzgü, “güzgü, cizgi, ülgü, bölgü, hörgü” tipli sözlər olduğunu xatırlarsaq, “ilgi” sözü bizdə təəccüb doğurmaz. İlgidən” ilginç” məsələsinə keçmədən öncə qeyd edək ki, “qaxınc, gülünc, sevinc” tipli sözlər barədə hörmətli Ağalar Qutun fikirləri mübahisəli görünür. Axı, dəyərli müəllifin iddia etdiyinə görə, dilimizdə qaxınmaq, gülünmək feili yoxdur; “sevinc kimi adlarda n-lər qayıdışlı feilin son səsidir” yazmaqla görkəmli Ağalar Qut nəyin əzərdə tutur? Ümmiyyətlə, “qayıdışlı feil” ifadəsi nə dərəcədə elmidir? “Sevinmək” feili “sev”dəndirsə, o zaman “ərinmək”- “ərmək ( bəlkə, “ərimək”?), “dərinmək”- “dər”məkdən, “daşınmaq”-daşmaqdan, “gücənmək” isə “gücmək” (?) sözlərindəndir.

 

Elmdə nəyinsə var olduğunu söyləmək, nəyinsə yox olduğunu söyləməkdən çox asandır. “Yoxdur” o zaman iddia edilir ki, hər  şey mükəmməl incələnir, araştırılır, öyrənilir, dəqiqləşdirilir. Yuxarıda qeyd edildiyi kimi, Sir Gerard Clausonun 1962-ci ildə Nyu-Yorkda  “Studies in Turkic and Mongolic Linguistics”  dərgisində çap olunmuş “Türkçədə VIII əsrdən öncə işlənmiş şəkilcilər” məqaləsində qədim türk dilində az da olsa -nç/ç; nc/c – ilə bitən sözlər olduğu fikri irəli sürülür. Basınç, ödünç, saklanç, bağlanç, yetinç və s. sözlər necə yaranmışsa,  “ilginç” sözü də elə o cür yaranmışdır. Dilimizdə işlənən “süpürgə”, “döngə”, cöngə”, “çəngə” , “ lərgə“ sözlərində kök və şəkilçi necə izah olunur?

 

“Ön”  və “qabaq” sözü  sinonim olsa da “önlük”, “öndər”,  dəyirik, amma bunu “qabaq” sözü ilə ifadə etmək olmur.

Dil hadisələri maraqlı və düşündürücü məsələlərdir. Onları nifrət və ikrah hissi ilə əsla araşdırmaq və həll etmək mümkün deyil. Dünya dilçiləri, korifeylər dil hadisələrinin bəzilərini həll edə bilmədiklərindən hələlik onlara nostratifikasiya kimi yanaşırlar. Bəlkə,  gələcəkdə  daha rasional yanaşma metodu ilə onlarada cavab veriləcəktir. ALLAH nəsib etsin,  inşallah.

 

Yazıdakı fikirlər müəllifə məxsusdur.

Qaynaq: Meydan TV

Yorum yazmaq istəyirsinizmi?