Ardıc ağacına qısaca mifik baxış

savalan3

Oyannews:

İbrahım Rəşidi (Savalan)

Təpə göz basatdan, kımlərdən olduğunu soruşduqda basat belə cavab verir:

anam adın sorar olsan, qaba ağac

atam adın deyirsən, qağan aslan

mənim adım sorarsan, aruz oğlu basatdır

Nədən aruz oğlu basat, qaba ağacı öz anası kimi təqdim edir?

Kitab-i dədəqorqudun ikinci boyunda, aruz bəy asılacağı ağacla danışır. Hələ də bizlərdə ağacla danışma ənənəsi var. Ağac canlıdır. eşidir, duyur. Bar verməyən ağacı qorxudub hədələmək ənənəsi var.

Bayram axşamı, yaslı ağacın budaqlarını xınalayıb yasdan çıxartma ənənəsi var. Axı bizdə təzə ili yaslı qarşılayan ağac quruyar.

Əsli-kərəm dastanında, kərəm sevgisini sərv ağacından xəbər alır:

dur, sərv, dur səndən xəbər sorayım

sərv ağacı sənin maralın hanı?

gözümdən axıtma qanlı yaşları

sərv ağacı sənin maralın hanı?

alçaqlı-ucalı qarşıda dağlar

könlüm intizarda, gözüm qan ağlar

xəstənin halından nə bilir sağlar?

sərv ağacı sənin maralın hanı?

doğru söyləməsən qəddin əyilsin

qarğaram mövladan, belin bükülsün

bir ah çəkim yarpaqların tökülsün

sərv ağacı sənin maralın hanı?

Farsca sərv deyilən, ardıc ağacını, mahmıd kaşğarlı artuç yazmış. yaşıllığı həməşəlik və dağların çox dözümlü və dayanatlı sırdaşıdır.

“Həkim Nəbati” məzarının yan-yörəsində neçə ardıc ağacı var. Bu ağacların yaşları neçə yüz ildən artıqdır. üç yüz il öncə, o ardıc ağaclarına “pir” deyib; onları müqəddəs sayırmışlar. Elə məhz buna görə, həkim nəbati onların ayağını özünə məzar seçmiş. Birhalda kı o ağaclar kənddən aralı və uca bir təpədə yerləşiblər. kənd əhli ardıclara zərər yetirməyi günah sanıb deyirlər:

“Biz gözümüzü açandan bu ağacları belə görmüşük.”

O ardıcların bir çox budaqlarından nəzir məqsədiylə bağlanmış qırmızı və yaşıl parçalar aslanır.

Bu inamın mifik qaynağını öyrənmək üçün mirəli seidovdan eşitməliyik. Seidova görə: ağaca- dünya ağacına inam, bütün türkdilli xalqlarda varmış və bu inamın özü yada izləri bu və ya başqa şəkildə son vəqtlərə qədər yaşamışdı.

Seidov, bu inam nədənlərini belə açıqlayır: əski türklər ağaca tapınarmışlar, elm aləmində tapınılan ağaclara «dünya ağacı»- «əbədiyət ağacı» deyərlər.

Ağaca tapınma, təbiətə inam və onun ayrılmaz hissəsi ağaca inam, ilkindir. Çünkü ağac, eləcə də yaşıllıq insan üçün uzun zaman əsas qıda mənbəi olmuşdur. Əski insan ilkin məişəti ilə sıx bağlı olan, ihatəsindəki təbiəti və ondakı bu və ya başqa şeyləri animsitləşdirmiş, onlara tapınmışdır. Ağac- yaşıllıq əski insanın yaşayışı üçün ilkin ərzaq mənbəi olduğundan onu daha ilahiləşdirmişdir. Elə buna görə də əski türkdilli insan ağaca dağ kimi, ulu əcdad- ulu ana kimi baxmışdır.

Mirəli Seidov-un son cümləsini oxuyanda, basatın qaba ağacı öz anası kimi təqdim etmə sirri aydınlaşır. O ağaca yaradıb-yaşadan bir ilahə kimi- ana kimi baxırmış. Hələ onuncu əsr, ərəb səyyah alimi ibn-i fədlan, ağac parçasını, boyunlarından asmış başqırdlardan, qıpçaqlardan, bunun səbəbini soruşduqda belə cavab alır: mən ağacdan doğulmuşam. mən ağacdan başqa özgə yaradan yaradıcı tanımıram.

“Murat uraz”ın yazdıqlarına görə altaylılarda yeni ölmüş şəxsin evini pis ruhlardan arıtmaq üçün onun qırxında şaman gəlib o evdə ardıc tüstüsü düzəldərdi. bu hadisə ardıc ağacını, qoruyucu ilahə kimi anladır. Bu inam bu günkü yaşama başqa şəkildə gəlib çatmış. bir çox vəhşidənli bitgilərin tüstüsü, o cümlədən üzərlik tüstüsü insanı pis ruhlardan arıdıb qoruyur.

“Tuvın”lər «böyük ayı» bürcünə törən keçirərkən, qurbanlıq qoyunu obanın yanına gətirib; bulağın suyundan ağzına töküb, ardıc ağacının tüstüsünə verib, sonra da qıldan hörülmüş boyunbağına rəngli parça bağlayıb heyvanı yenidən sürüyə buraxırdılar. Hələ 18.cı əsrdə, özən qala və onun ətrafında yaşayan azərbaycanlılar ağaca tapınırmışlar. Onlar araz çayının sahilində tapındıqları ağacın ətrafında qurbanlar kəsib bayram edirmişlər.

Ağaca, dünya ağacına, ardıc ağacına inamı bu gün gördüyümüzdə, bu inamın nə qədər güclü olduğunu düşünərək dindən-dinə girmiş türk xalqları, bunu ilkin və təməl inam kimi saxlaması yersiz deyil. Necə ki “Murat Uraz” bunu vurğulayıb yazır:

İslamiyət girənə kimi oğuz ölkələrində də şamanizm yayqın idi. Bununla yanaşı sonrakı yüz illərdə belə, islamiyətin güclü kültürü qarşısında şamanlığın izləri silinməmiş; dini gələnəklər arasında gizl‎ənib; qalmışdır.

uştibin kəndində, ardıc ağacına tapınıb nəzir bağlayan insanlar, “Murat Uraz”ın sözlərinə canlı şahidlərdirlər. Hələ də qırqızıstanın müxtəlif sukunət vahidlərində, hər il icra edilən bir törən günündə, xalqın keçəcəyi yol üzərində, uyğun bir yerdə od yandırılır. Törənə gələnlər oddan atlanaraq törən yerinə gəlir. oddan keçdikdən sonra ardıc ağacının xollarından simgəsəl bir körpü qurulur. Bu körpünün altından keçənlərin üzərinə ardıc ağacının xolları suya batırılaraq, su səpilir.

Son vəqtlərə qədər, azərbaycanın bəəzi yerlərində uşaqları, hətta quzuları şər ruhdan qorumaq üçün boyunlarından dağdağan ağacının parçasını asardılar.

Yorum yazmaq istəyirsinizmi?