Güney Azərbaycanda tanınmış həkim dünyasını dəyişdi

محمدحسین مبین

Oyannews: Tibb elmləri doktoru, şair, yazıçı və iran cüzamilərinin atası kimi tanınan Məhəmməd Hüsen Mübəyyin, bu gün 88 yaşında dünyasını dəyişdi.

Oyannews-un, xəbəronline-dan aldığı mə’lumata görə, tanınmış tibb üzrə elm xadimi doktor mübəyyinin torpağa tapşırmaq törəni sabah təbrizin “vadiye rəhmət” qəbrəstanlığında keçiriləcək.

Tanınmış güney azərbaycanlı həkim, Məhəmməd Hüsen Mübəyyin, 1927-ci il təbrizin çərəndab məhəlləsində dünyaya göz açır.

1955-ci ildə təbrizin tibb yuniversitəsində təhsilatını başa çatdırıb؛ həkimlik dərəcəsinə nayil olur. doktor mübəyyin, tibb üzrə çalışmalarını, cüzam xəstəlikləriylə başlayır və təbrizin »baba bağı« adlı cüzam xəstəxanasında kəfil kimi fəaliyətinə davam etdirir.

Azərbaycanlı həkim, iranda cüzam xəstəliyinin aradan getməsində böyük rol oynayıb.

İranın fəxr etdiyi doktor mübəyyin, ölkənin cüzam xəstəliyinin atası kimi fəxrı ad qazanmışdır.

tanınmışa azərbaycanlı doktorun fəaliyətləri,  həkimliklə sona çatmır və onunla yanaşı azərbaycan ədəbiyyatı və kültürəl çalışmaları unudulmazdır.

Dr. Mübəyyinin, Azərbaycanın kültür və adəbiyatı haqda çıxartdığı kitablardan:

Şəhriyarın xatirəsinə (be yade şəhriyar)

Nizami gəncəvinin sözləri

Şəhriyarın şeirində şeytan

Qanlı çiçəklər

Aşıqlar

Qapımız açılır günəşə sarı

Açıl çətrim açıl (uşaq ədəbiyyatı 1)

Gəl baharım gəl (uşaq ədəbiyyatı 2)

Quş yuvası (uşaq ədəbiyyatı 3)

Tarixin gizlenmiş qızılı təbriz

»Saray cüzamı« (ruman) və başqa şeir kitablarından  »ay balam bağda nə var?« və »rəssamlıq qələmində təbiət canlanır« kimi kitabları ad aparmaq olar.

Artırmalıyıq doktor mübəyyin insan sevər işlərinə görə dönələrcə yunisef tərəfindən təqdirə layiq görünüb.

 

Yorum yazmaq istəyirsinizmi?