Dr. Mübəyyin-in doğum gününü, gecikmədən əzizləyək

محمدحسین مبین1

 Oyannews:

İbrahım Rəşidi (Savalan)

 

Açıqlama: bu yazı 2008ci ilde yazılmış

Ətrafli bilgi : Güney Azərbaycanda tanınmış həkim dünyasını dəyişdi

«Hindustan, Misir, Afriqa, Çin, və Japon dünyanın lap çox cüzamlı yerləri sayılır. Yalnız Hindustanda beş mılyon cüzamlı vardır. Hər il beş yüz kişi bu saya artmaqdadır. İranın lap çox cüzamlı bölgəsi, Azərbaycandır. Cüzam virusu Misirdən Osmanlı torpağına, oradan Azərbaycana yayılmş.» bu sözləri doktor Məhəmməd Hüsen Mübəyyin, cüzamlı alızların mə’nəvi atasının dedikləridir.

Azərbaycan şəhərlərində isə, Əhərlə Xalxal lap çox alızlı şəhərdir. Araşdırmalara görə Qaradağın torpağı bu virusun yaşamına uyğundur. İranlı cüzamlıların üçündən ikisi Azərbaycanlıdır. Örnək olaraq: Əhərdə min ikiyüz kişi alızdır. Bir halda kı, fars bölgəsində yüz səkkiz kişi; İsfahan bölgəsində yalnız ondörd cüzamlı alız vardır.

Toplumumuzdan qovulan bu insanların təkcə ümüdü Məhəmməd Hüsen Mübəyyin olmuş. Səksən bir il öncə, oxatanın onüçündə, Təbrizin Çərəndab məhəlləsində dünyaya göz açan uşağın adı Məhəmməd Hüsen qoyuldu. Məhəmməd Hüsen 1319-dan 1329 qədər ayiləsiylə birlikdə Kirmanda yaşadığına baxmayaraq hələ də Azərbaycan milli hükumətindən söz gedəndə demokratik hükumətimiz deyir. Demokratik hükumətimiz gedəndən sonra doktorluq fakoltəsin Azərbaycanda aradan aparmaq istəyirdilər; ama öyrənəcilər hər gecə keşik verib bu fakoltəni qorudular və 1334-cü ildə Təbrizdə Nasirəddin şahın gəzi yeri olan Baba bağın cüzamlı alızlar xəstəxanasına çevirib indiyə qədər Azərbaycanın hər yanından; Ərdəbil, Urmu, Zəncan habelə Təbrizdən gətirilən alızların sağaltmasına çalışır. Doktor Mübəyyin, gecələri fanıs yandırıb; bulaqdan mərizlərə su daşıyıb; öz xalqının toplumundan qovulmuş balalarına yardım etmiş. O alızları yalnız sağaltmağa yox, bəlkə bir daha topluma qaytarmağa can atırdı. çoxların sağaldıb bir daha oxula, biliyurduna göndərdi. İslami azad Biliyurdundan gileylənir: «Bizim uşaqların oxu həzinəsin tə’min etmədilər. axı on uşağın həzinəsi onlara bir şey etməzdi».

Doktor Məhəmməd Hüsen Mübəyyin doktorluqdan başqa incə duyğulu şairdir. onun ana dilimizdə çoxlu kitabı işıq üzü görmüş. Kitablarının çoxu uşaq ədəbiyyatı qonusundadır. onlardan ((gəl baharım; gəl)) ((quşlar yuvası))((lay lay maralım; lay lay)),((açıl çətrim;açıl)) habelə ((cüzamlı sara))-nı ad aparmaq olar.

Şəhriyar haqqında çoxlu məqalələr yazmış; onlardan: ((şeytan dər şeir-i Şəhriyar)),((Təbriz gəncineyi morde dər tarix)),((Nizami gəncəvi)),((be yad-i Şəhriyar)),((qanlı çiçəklər)),((aşıqlar)) habelə ((qapımız açılır günəşə sarı)) kimi yazıları ad aparmaq olar:

cüzamlı sara kitabından bir şeir:

arxasız adamsız

göbələk kimi

dağların döşünə

düşdüm boy atdım

rənglər içində

qara rəng ilə

baxtımın rəngini

qara boyadım

bir yağış damlası

yaratdı məni

yağışsız qalalı

kül oldum yandım

bir ləhzə yaşadım

bir ömür yandım

odlanıb yanmağı

mən ömür sandım

Yorum yazmaq istəyirsinizmi?