Türkcə-farsca “Elin” dərgisinin direktoruna qarşı qərar çıxarılıb

milad balesini

Oyannews: Dörd ildir Şərqi Azərbaycan vilayəti Marağa Universitetində yayımlanan türkcə-farsca Elin dərgisinin nəşrinə bir illik qadağa qoyulduğundan sonra dərginin direktoru Milad Balsininin isə bir dönəm təhsildən uzaqlaşdırıldığı bildirilib.

Universitetin İntizam Komitəsinin Balsini ilə bağlı qərarının təsvirinə istinadən, uzaqlaşdırmadan əlavə Balsinin universitet rekordunda “yazılı bir qınama” da dərc edilib.

Nə İntizam Komitəsinin qərarı, nə də bundan əvvəl çıxarılan Universitet Nəşrlərinə Nəzarət Komitəsi tərəfindən çıxarılan hökmdə bu cəzaların dərgidə dərc edilmiş hansı yazı, ya material səbəbi ilə verildiyi qeyd edilməyib.

Bu qərarların Marağa millət vəkili Mehdi Davatgərinin Elin dərgisinə qarşı irəli sürdüyü şikayətlə bağlı olduğu önə sürülür . Mehdi Davatgəri İran Parlamentində Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvüdür.

Dörd il öncə fəaliyyətə başlayan Elin – “Marağa Bilimyurdunun Türkcə-Farsca Öyrənci Dərgisi”ində dərc edilən yazılar ümumiyyətlə tarix, kimlik, ədəbiyyat, ana dili və azlıqların hüquqları mövzularında olub.

hokm milad balesini

Amerikanın Səsi

İlgili xəbər:  

Yorum yazmaq istəyirsinizmi?