Avropa Parlamentində Urmiyə Gölü ilə bağlı konfrans keçiriləcək

urmu golu

Oyannews: “Urmiyə Gölü – İranda İnsani və Ekoloji Fəlakət” adlı konfrans noyabrın 16-da Brüsseldə təşkil ediləcək

Avropa Parlamentinin üzvü Prof. Klaus Buchner, Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) və Güney Azərbaycan İttifaqı noyabrın 16-da Brüsseldə Avropa Parlamentində “Urmiyə Gölü – İranda İnsani və Ekoloji Fəlakət” adlı konfrans təşkil edəcək.

Avropa Parlamentində “Yaşıllar – Avropa Azad Alyansı” qrupunun üzvü və Alman Ekoloji Demokrat Partiyasının təmsilçisi Klaus Buchnerin ev sahibliyi ilə keçirilən tədbirdə Urmiyə Gölünün ətrafında cərəyan edən böhranın fəlakətli nəticələri araşdırılacaq.

Urmiyə Gölü konfransında eləcə də, UNPO-nun internet səhifəsinin bildirdiyinə görə, Avropa siyasətçilərini problem haqqında maarifləndirməyi hədəfləməklə bərabər böyüyən fəlaketi durdurmaq istiqamətində Avropa Birliyinin oynaya biləcəyi rol müzakirə ediləcəkdir.

UNPO konfransla bağlı yaydığı bildirişində İran dövlətinin Urmiyə Gölü ilə əlaqədar hələ də davam edən yanlış idarəetmə siyasəti üzündən bu gün milyonlarla insanın əziyyət çəkdiyinə diqqət çəkərək, böhranın daha geniş xarakter alması ilə vilayətlərdə məcburi demoqrafik dəyişikliklərin getdiyi qeyd edilib.

8A92F789-C241-4E79-87CE-4958BEA578B8_mw1024_s_n

Amerikanın Səsi

Yorum yazmaq istəyirsinizmi?