Arif Kəskin: Türkiyə demokratiyasının əsas probləmi PKK-di

عارف کسکین

OyanNews: Ötən bazar Türkiyədə keçirilən erkən parlament seçkilərinin nəticəsində, Ədalət və İnkişaf partiyasının (AKP) qələbə qazandığı müəyyən olundu. Bu nəticələr çeşidli təpkilərlə qarşılandı.

Əldə edilən nəticələr və ölkənin siyasi durumu haqda Ankara və Omranstratejik araşdırmalar mərkəzinin mütəxəssisi, Arif Kəskin OyanNews-la özəl danışıq aparıb.

Gündəm siyasi analizlərdən daha dərin faktorların rolu olmuş

Arif Kəskin Türkiyənin son seçkilərinin nəticəsinin rahatcasına açıqlana bilməyəcəyinə işarə edərək dedi: “verilən açıqlmaların heç biri seçkilərin nəticəsini düzgün analiz edə bilmir.Çünkü, toplumun həssas anlarda verdiyi qərarının anlayışı çox da rahat deyildir”.

OyanNews-un Arif Kəskinlə apardığı danışığın birinci bölümü

 

Mütəxəssisin dediklərinə görə, son nəticələr bir halda üz vermişdir ki, həm partiyanın daxili və xarici siyasətlərinin qarşısında olan təpkilərin çoxalmasına həmi də partiyanın dağılması haqda söz-söhbətlərin gedilməsinə şahid idik.

A.Kəskin, AKP-nin durumu ilə nəticənin açıqlana bilməməsinə işarə edərək, bir gizlin sosial qatın olmasından söz açdı və bunun anlayışının çətin olduğunu vurğuladı.

A.Kəskinin dediklərinə görə, Günün siyasi olayları və digər partiyaların yanlışlıqları, bu məsələnin bir hissəsini izah edə bilir, ancaq daha yaxşı anlamaq üçün əsaslı sosyoloji araşdırmalar aparılası lazımdı.

Ankaranın strateji araşdırmalar mərkəzinin mütəxəssisi, nəticələrdə etki buraxan gün məsələlərini,» AKP-nin sülh danışıqlarından çəkinməsi və bir millətçilik söyləmindən faydalanması», «PKK-nın şəhərlərdə terror fəaliyyətlərinin artması və nəticədə toplumda yaranan qorxu« və »HDP-nin açıqcasına zorakılıqdan ayrılmamağı« kimi bildirdi.

MHP-nin etdiyi səhvi və AKP-nin öncəki səhvinin, CHP tərindən təkrarlanması

Arif Kəskin başqa partiyaların səhvləri haqda, millətçilik söyləmindən uzaqlaşmasını, CHP-nin əsas səhvi kimi bildirdi.

OyanNews-un Arif Kəskinlə apardığı danışığın ikinci bölümü

 

A.Kəskin CHP-nin yüksək potansiyallı partiya olduğuna işarə edərək bildirdi ki,CHP ölkənin bütün problemlərinin həll edilməsi üçün qapsamlı (həryönlü) söyləm ortaya qoya bilmədi.

Tanınmış mütəxəssis, CHP-nin, HDP ilə yaxınlığına işarə edərək qeyd etdi ki, AKP-nin öncəki səhvini, bu dönəm CHP təkrərlayaraq özünü HDP-nin himayəçisi kimi və PKK ilə müzakirə edə biləcək kimi göstərdi.

A.Kəskin MHP-nin bir çox oylarının AK partiya tərəf yönəlməsinin səbəbini, MHP-nin tutduğu yanlış stratejiyada görür.

O, MHP-nin səhvlərini “qüdrətə maraq göstərməməsi”, “yapıcı rolunun olmaması və seçkilər zamanı tanınmış və nüfuzlu şəxslərin aradan qaldırılmasına qərar verməsi” kimi bildirdi.

HDP-ni səs artımı sünidir

Omran stratejik araşdırmalar mərkəzinin mütəxəssisi OyanNews-a bunu da söylədi: doğrusu HDP-nin Türkiyədə 7-8 faizdən artıq səsi yoxdur.

OyanNews-un Arif Kəskinlə apardığı danışığın üçüncü bölümü

 

Arif Kəskinin dediklərinə görə,Türkiyədə HDP, qəsdən şişirdilmişdir və bu da yaranmış anti-ərdoğan atmosferinin məhsuludur ki, Gəzi parkı olaylarından sonra yaranıb.

Kəskin HDP-nin səs itirməsinə istinad edərək artırır: HDP iddia etdiyi radikal demokratiya söyləminə aid deyil. Partiyanın himayəçiləri bu iddiaya inanaraq səs verdilər, ancaq partiya başçılarının danışdıqlarından zorakılıq qoxusu gelirdi.

Arif Kəskin HDP-nin karıxdırıcı siyasətlərinə işarə edərək qeyd etdi: öncələr silahlanmalarının səbəbini siyasi səhnədə olmadıqları kimi bildirirdilər, ancaq siyasi səhnədə olduqları zaman da silahlarını yerə qoymadılar və keçmiş söyləmin ardını tutdular.

Kəskin Türkiyənin əsas problemini terrorizmə aid bunları bildirdi: PKK-nin məqsədi, kürdlərin ekonomik, siyasi, kültürəl və kimlik sorunlarının həll edilməsi deyil. PKK hansı yolla olursa olsun,Türkiyənin siyasi ortamında rol oynamaq istəyir.

İran və iranın dəstəkçiləri nəticələrdən razi deyillər

Orta doğu mütəxəssisi Türkiyədə demokratiyanın inkişafına işarə edərək artırır: Türkiyədə demokratiya bir sıra sorunlar, o cümlədən bəşər haqlarının geri qalmasıyla üzləşib. Demokratiyanın irəlilədiyi qədər, bəşər haqları qabağa getmir.

OyanNews-un Arif Kəskinlə apardığı danışığın dördüncü bölümü

 

O,Türkiyə seçkilərində bütün fraksiyaların iştirak etməsini və PKK ilə ilişkili ayrılıqçı insanların parlamentə yol tapmasını,Türkiyədə demokratiyanın inkişafının göstəricilərindən biri olduğunuqeyd ederek,onların  seçki və qanuni yollarla parlamentə yol tapdıqlarına görə,Türkiyə xalqına məqbuldur deyə vurğulayıb.

Ankara stratejik araşdırmalar mərkəzinin mütəxəssisi AKP-nin yenidən seçilməsinin bölgədə etkisinə işarə edərək bildirib: İran Türkiyədəki seçki nəticəsindən razı deyil.

Kəskinin dediyinə görə, İran-Rusiya-Suriyə və İraq,Türkiyədəki seçkilər nəticəsindən narazıdırlar. Onlar ən azından AK partinin tək başına dövlət qurmasını gözləmirdilər. Bəlkə etilafi bir dövlətin yaranmasına çalışırdılar və beləliklə,Türkiyənin xarici siyasətinin, özəlliklə suriya haqda dəyişiklikliyinə maraqlıydılar.

Arif Kəskin sonunda sözlərinə bunları əlavə etdi: İran PKK-nı bütün terrorist əməliyyatlarında himayə  edərək, AK partinin uğur qazana biməməsinə çalışırdı və PKK-ya dəstək verməklə Türkiyənin Suriyadakı siyasətində dəyişikilik yaranmasını istəyirdi.

Yorum yazmaq istəyirsinizmi?