Aksiyalar dəvam edir, Urmiyə yenə ayaqda

اورمیه چهارشنبه

Oyannews: 11 Noyabrda “Şəhridari Urmiyə” valeybol takımı ilə “Matin Varamin” takımı arasında Urmiyənın “Qədir” salonunda baş tutan oyunda Urmiyə tərəfdarlar oyun boyu milli sloqanlar səsləndiriblər. Səslənən sloqanlar sırasında “Haray,haray mən Türkəm”, “Azərbaycan Türkləri, çəkənməz bu zilləti”, “İran televizyonu Azərbaycan düşməni” və.s yer alıb. Bundan sonra Urmiyəlilər eyləmlərini salondan kənarda davam etdirməyə başlayıblar.  Yüzlərlə insanın qatıldığı eyləmdə eyləmçilər Urmiyənun Əyalət meydanına tərəf yürüş etmək istədikləri üçün polis və çevik qüvvəli güclərin təziqi ilə üzləşiblər. Şahidlərin dediyi bilgiyə görə, polis və aksiyaçılar arasında toqquşmalar baş verir, çox sayda aksiyaçının döyüldüyü bildirilir. Edilən bilgilər sırasında polisin bibər qazından istifa etdiyi deyilir. Bu arada bugün Ərdəbil üniversitetində də etirazlar davam edib. Etiraz edən öyrəncilər əllərində rasizmə qarşı pankartlart tutaraq, İran televizyalarında rasizmin aradan qaldırılmasını, Türkləri təhqir edən o proqramın işçilərinin cəzalandırılmasını tələb ediblər. Aksiya ötrəncilərin bəyanat oxuması ilə sona çatıb. Bir necə gün əvvəl İranın dövlət televiziyasında yayımlanan “Fitile” adlı proqramda ölkədə yaşayan azərbaycanlılar təhqir olunub. Bu səbəbdən İranın Tehran, Təbriz , Urmiyə, Zəncan, Marağa, Ərdəbil və digər böyük şəhərlərində etiraz aksiyaları təşkil edilib. Mitinqlarda polislə etrazçılar arasında qarşıdurma yaranıb.

تجمع اعتراضی در #اورمیهادامه اعتراضات «ضد نژادپرستی» در #آذربایجان؛ تجمع اعتراضی در #اورمیهhttp://oyannews.com/?p=37695کانال اویان نیوز در تلگرام: https://telegram.me/oyannews Posted by OyanNewsFarsi on Wednesday, November 11, 2015

«آذربایجان میللتی چکنمز بو ذیللتی»«آذربایجان میللتی چکنمز بو ذیللتی»ورزشگاه غدیر اورمیه چهارشنبه 20آبانکانال اویان نیوز در تلگرام: https://telegram.me/oyannews Posted by OyanNewsFarsi on Wednesday, November 11, 2015

Yorum yazmaq istəyirsinizmi?