"Modernizmin Çağdaşlığı" adlı kitab Təbriz'də yayımlandı

modernızm

Oyannews: “Dünya ədəbiyyatında modernləşmə gedişi çoxdan başlayaraq, uzun sürə irili-xırdalı axımlar yaratdıqdan sonra bə’ziləri bu dönəmin sona varmasını, bə’ziləri o cümlədən Yorgen Habermas hələ onun tamamlanmamasını vurğulayırlar. Bu arada Azərbaycan ədəbiyyatında olan yaradıcılıq, modernizm quralları ilə uyğun gəlib-gəlməməsi dartışmalar doğuran anlar kimi hələ də çözülməsi gərəkən məqamlardan hesab olunur. Eyni halda ədəbiyyatımızın janrları o cümlədən şeir, nəsr, tənqid və… mübahisəli məqamlara çevrilmişdir. Bu arada bir sıra yazarlarımız çatışmayan bə’zi önəmli boşluqları sezərək bu haqda boşluqları doldurmağa çalışmışlar.”

Bu sözləri Əfşin Şəhbazi, “Saray” dərgisinin özəl sayısının baş yazarı, “Bilimsesi” sitə’si ilə, yayımlanan “modernizmin çağdaşlığı” adlı kitabın haqqında demiş.

Ə.Şəhbazi artirirki: “Beləliklə Saray dərgisinin üçüncü sayını “modernizmin çağdaşlığı” başlığıyla özəl sayı kimi oxuculara təqdim edirik. Üç bölümdən oluşan kitab, məqalələr və danışıqlar toplusudur. Birinci bölümdə otaylı- butaylı Azərbaycan ədəbiyyatçılarıyla 6 özəl danışıq aparılmışdır. İkinci bölümdə bir sıra ortaq suallara 5 yazarın baxışını yerləşdirdik və üçüncü bölümdə isə 5 yazı yerləşdirilib.”

Bu kitabda Eyvaz Taha- Himmət Şəhbazi- Şərif Mərdi – İbrahım Savalanın yazısıyla birlikdə Aqşın Yenisey- Heydər Bəyat- Məhəmməd Sübhdel- Həsən Riyazi(Ildırım)- Elyad Musəvi- Məhəmməd Rəhmanifər- Rüqəyyə Kəbiri- Kiyan Xiyav- Himmət Şəhbazi – Hadi Qaraçay- və Səlim Babullaoğlu danışıqlar dərc olunub.

“Saray”, Təbriz Tibb Universitetinin Türkcə- Farsca dərgisidir.

Bu dərginin imtiyaz yeyəsi, Sorumlu müdür və Baş yazarı Nahidə Rifahi’dir.

“Modernizmin Çağdaşlığı”-nın hazırlayını Əfşin Şəhbazi və qırafist və düzənləyəni ise Mustafa Cəmşidi’dir.

 

Yorum yazmaq istəyirsinizmi?