Azərbaycanin 3 xristiyan vətəndaşı İranda saxlanılıb

3Azeri-Christians_Baku_MohabatNews

Oyannews: Azərbaycan Cümhuriyyətinin 3 xristiyan vətəndaşı Tehranın Sepah (İnqilab keşikçiləri korpusu) kəşfiyyatı tərəfindın saxlanılıb.

“Məhəbbət News”un verdiyi xəbərə görə,  3 azərbaycan vətəndaşı xristiyan turist, gəzmək və eləcə də din qardaşlarını görmək üçün getdikləri Tehranda Sepah keşfiyyatı tərəfindən saxlanılıb. Bu 3 Azərbaycan vətəndaşı İyunun 24-ü Kərəcin Əndişe şəhərciyində  İranlı bir xristiyanın evində tutuqlanaraq bilməyən yerə aparılıblar.

Saxlanılanlar 37 yaşlı,Bakı sakini Bəhram Elxan oğlu Nəsibov, 52 yaşında, Bakı sakini Yusif Talət oğlu Fərhadov və 48 yaşınlı  Bakı sakini Eldar Qurbanovdu.

Qeyd edək ki, həmin ev kilsəsində Bakı sakinləri ilə  birlikdə  10 İran vətəndaşı xristiyan  da nəzarətə götürülüb. Ancaq biri xaric 9 nəfəri bir neçə saatlıq sorğudan sonra sərbəst buraxılıb.

45 yaşınlı İranlı xristiyan Naser Nəvərd Qoltəppe nəzarətə götürülənlərdən biridir. Nəzarətdə saxlanıldığından bir ay keçməsinə baxmayaraq, harda saxlanıldığı haqda məlumat yoxdur.

Bakıda “Həyat Kəlməsi” adlı kilsənin üzvləri olan Sepah tərəfindən saxlanılan 3 azərbaycanlı xristiyan, Tehranlı bir qrub xristiyan tərəfindən qeyd edilən tarixdə Tehrandakı dindaşları ilə tanış olmaq üçün dəvət edilmiş idilər.

Nəzarətdə saxlanılan Azərbaycan vətəndaşlarının ailələri indiyədək onlarla əlaqə saxlaya bilməyiblər. 3 azərbaycanlıdan sadəcə birinə ailəsi ilə telefon əlaqəsi saxlamaq üçün iki dəfə icazə verilib.

Ailəsi ilə əlaqə saxlamaq imkanı olan azərbaycan vətəndaşı, onların üçünün də bir yerdə saxlanıldığı və durumlarının yaxşı olduğu deyilib.

Beləliklə, bu 3 Azərbaycan vətəndaşının harda saxlanıldığı hələ də naməlumdur və indiyədək hər hansı bir İran rəsmisi də bu haqda açıqlama verməyib.

Yorum yazmaq istəyirsinizmi?