Təbriz və Urmiyəda kütləvi etiraz aksiyaları keçirilir – FOTO – VİDEO

tebriz terh

Oyannews: İranda Azerbaycanlılar “Tərh-i No” qazetəsində türklərə qarşı təhqir edici sözlərə etiraz ediblər.

İyulun 25-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyədən başlayan bu aksiyalar dünən  təbriz şəhrində də davam edib.

Aksiyada iştirak edən Azerbaycanlılar türklərə qarşı işlənilən təhqiramiz ifadələrin son qoyulmasını istəyirlər.

Yüzlərcə aksiya iştirakçısı “haray haray mən türkəm” “ölüm olsun faşizmə” və “azərbaycan milləti- çəkənməz bu zilləti” kimi şüarları səsləndirirlər.

Aksiyada saxlanılanlar var, Təbriz və Urmiyədə xeyli adamın saxlandığı bildirilir.

Son zamanlarda İran polisi Təbriz, Urmiya və Azərbaycanın başqa şəhərlərində keçirilən etiraz aksiyalarında 100-dən çox adamısaxlayıb.

Onların bəziləri hələ də həbsdədir.

Qeyd etməliyik son zamanlarda İran İRİB TV-2 kanalında efirə gedən “Fitilə” verlişinin aktiyorları dövlət tərəfindən ödül aldılar.

Uşaqlar və yeni yetmələr üçün nəzərdə tutulan bu verlişdə türklərə təhqiramiz sözlərlə hörmətsizlik edilmişdi.

Azərbaycanlı milli fəalların dediyinə görə İranda sistematik biçimdə uşaqlar üçün hazırlanan qazetələr və televiziya verlişlərində açıq-aydın türklərə hörmətsizlik olur.

 


tebriz1tebriz terhtebriz terh (2)

Yorum yazmaq istəyirsinizmi?